Qətər əmiri: "Qətər və Rusiya arasında S-400 razılığı əldə edilməyib"

2018/07/479_1530944795.jpg
Oxunub: 4135     14:25     07 İyul 2018    
Qətər əmiri ölkəsinin Rusiyadan raketdən müdafiə sistemləri alması ilə bağlı qaranlıq məqamlara toxunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə əmir şeyx Təmim ibn Həməd dünən Parisdə rəsmi konfransda çıxış edərkən bildirib.

O qeyd edib ki, ölkəsi milli təhlükəsizliyinin təminatı olaraq bu məsələdə olduqca maraqlıdır.

“Doğrudur, biz S-400 sistemlərini əldə etməyi çox istəyirik. Bölgənin hazırkı vəziyyətinə diqqət yetirsəniz, bu addımın ölkənin suverenliyi üçün nə qədər əhəmiyyətli olduğunu anlayarsınız. Buna görə də biz Rusiyaya belə bir tələb göndərdik, lakin hələlik ortada rəsmi bir razılıqdan söhbət gedə bilməz”, - deyə şeyx bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Rusiya   S-400  


Bizi "telegram"da izləyin