"Bayraqların alınmasına 93 min dollar, müdafiəyə isə 100 min dollar ayrılıb".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvan şəhər meriyasının növbəti iclasında “Yerkir Tsirani” fraksiyasından olan nümayəndə Marina Xaçatryan şəhər rəhbərliyindən dövlət büdcəsindən ayrılan pulların sərfiyyatı haqqında izahat tələb edib.
"2018-ci ilin dövlət büdcəsində 100 min dollar müdafiə sahəsinə, 93 min dollar bayraq alınmasına pul ayrılıb. Kimdən müdafiə olunursunuz və bu bahalı bayraqlar harada istifadə ediləcək? Bu bayraqlar necə və hara istifadə olunacağı məxfi saxlanılır. Ermənistanda obyektlərin təyinatını dəyişməklə, zavodu söküb stadion tikməklə, başqa bir yerdə zavodu yaşayış binasına çevirməklə faktiki iş yeri yaratmaq əvəzinə, onları bağlayırlar".
Bütün bu çıxışlardan sonra İrəvan şəhər meri Taron Marqaryan ona “siz bu parlaq çıxışınızı bitirdinizmi?” deyə tək bir sual verib.
Alpər Mövludoğlu
Ordu.az