Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Vazgen Sarkisyan adına ali hərbi institutunda öldürülən Haykaz Barseğyanın ölüm işində şahid qismində dindirilən kapitan Artyom Avetisyan, şübhəli qismində saxlanılanlar haqqında məhkəmə istintaqı və ilkin istintaq orqanlarına verdiyi ifadələrində xeyli ziddiyətlər var.
Şahid kapitan ilkin istintaq orqanına verdiyi ifadəsində qeyd edib ki, şübhəli qismində saxlanılan Qnel Tevosyan və Movses Azaryanın davamiyyəti zəif, Vaçe və Norik Sahakyanların davamiyyəti isə yaxşı olub. Onun sözlərinə görə, Noriklə dostluğunu davam etmək üçün Vaçe hər şey edirdi. Ölən Haykaz Barseğyan isə onlarla neytral əlaqə saxlayırdı. Bölməni idarə etmək üçün düzülüş əmrləri verilərkən Haykaz sıraya ən gec gəlirdi. Lakin digərlərin əmrini hamıdan tez icra edirdi. Elə bil bu yolla Vaçeyə hörmətsizliyini nümayiş etdirirdi.
Lakin məhkəmədə ifadə verərkən şahid kapitan Avetisyan qeyd edib ki, saxlanılan Vaçe, Qnel və Norik yaxşı dost olublar. Azaryan və Qnel dərsləri yaxşı oxumurdular. Bundan başqa kapitan ilkin istintaq zamanı ifadəsində bildirmişdi ki, 2015-ci ilin 28 yanvar tarixində Haykaz Barseğyanı əlində şüşə yuyunma otağından qayıdarkən görüb. Yatarkən hamının yataq örtüyünün şişdiyini gördüm elə bildim ki, hamı yerində yatıb.
29 yanvar 2015-ci ildə növbətçi Telman Mxitaryan gəlib dedi ki, Haykaz Barseğyan yoxdur, onun yatağı bütün qan içindədir. Vaçeni oyatmaq üçün çağırarkən, o, hərbi geyimdə uzanmış və qorxmuş halda idi. Sonra Haykazı axtarmağa başladıq.
Xatırladaq ki, Haykaz Barseğyanin ölüm işində onun 4 kursant yoldaşları, Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan təqsirli bilinir. İttihama görə, 2015-ci il 29 yanvar tarixində saat 02-03 radələrində hərbi hissənin yataq otağında kursant Haykaz Barseğyanı qəddarcasına öldürüblər. Daha sonra izi itirmək üçün onun meyitini idaman şəhərciyindəki idman alətindən asıblar. Guya özünə qəsd etdiyi barədə yazılı kağızda yerləşdiriblər. Lakin təqsirli bilinənlər özlərini günahkar hesab etmir.
Alpər Mövludoğlu
Ordu.az