Yaralanan erməni əsgərin ayaq barmaqları ambutasiya edildi

2017/12/1032545645_1513077789.jpg
Oxunub: 528     19:21     12 Dekabr 2017    
Azərbaycan-Ermənistan sərhəddinin şimal-şərq istiqamətində mina partlayışı nəticəsində yaralanan erməni hərbi qulluqçunun vəziyyəti orta ağırdır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Berd hospitalının rəisi Edik Qriqoryan bildirib. Onun ayaq barmaqları ambutasiya edilib.

Xatırladaq ki, 11 dekabr 2017-ci ildə Ermənistan sərhəddinin şimal-şərq istiqamətindəki ön xətt mövqelərində döyüş növbətçiliyi apararkən mina partlayışı nəticəsində erməni əsgəri 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-əsgər   Mina   Partlayış  


Bizi "telegram"da izləyin