Kabildən Tehrana çağırış: Silahlı Qüvvələrimizə təlim keçin

2017/12/afghanistan-696x463345345_1513074150.jpg
Oxunub: 467     18:47     12 Dekabr 2017    
“İranı Əfqanıstan Silahlı Qüvvələrinə təlimlər keçməyə və iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirməyə çağırırıq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Dövlət Vəziri bildirib.

O, “Mehr News” agentliyinə verdiyi müsahibəsində İranı başda hərbi sahə olmaqla müxtəlif sahələrdə yaxın əməkdaşlığa dəvət edib. Vəziri, İrana əfqan əsgərlərinə dövlət təqaüdü ayırmaqla təlimlər keçməyi təklif edib.

Bir dövlətə hərbi yardım etməyin sadəcə silah və hərbi ləvazimat verməkdən ibarət olmadığını qeyd edən Vəziri bildirib ki, İran əfqan ordusunu gücləndirməklə Əfqanıstana terrorizmlə mübarizədə ciddi kömək göstərə bilər.

O həmçinin, terrorçularla müharibədə yaralanan əfqan əsgərlərin müalicəsi üçün də İrana xahiş edib.

Daha sonra isə İranın Talibana dəstək olması iddialarını rədd edən Vəziri İranla əməkdaşlığın Əfqanıstandakı İŞİD terrorçularına qarşı mübarizədə də çox böyük rol oynayacağını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Əfqanıstan   Təlim  


Bizi "telegram"da izləyin