Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, dünən saat 13:30-da Ermənistanın Lori vilayətinin Vanadzor şəhərində, 29 yaşlı Samvel Maralyanın idarə etdiyi UAZ-31512 markalı avtomobil və Harpat kənd sakini 31 yaşlı Artur Avetisyanın idarə etdiyi Volkswagen Passat markalı avtomobillər toqquşub.
Nəticədə Volkswagen Passat markalı avtomobilin sərnişini 60 yaşlı Arpik Dəlləkyan bədən xəsarətləri vanadzor xəstəxənasına yerləşdirilib.
Məlumata görə UAZ-31512 markalı avtomobil Ermənistan müdafiə nazirliyinə aid olduğuna görə toplanmış materillar Vanadzor şəhər hərbi polis şöbəsinə təhvil verilib. UAZ-ın sürücüsü Samvel Maralyan Tavuş hərbi polis şöbəsində işləyir.
Alpər Mövludoğlu
Ordu.az