Erməni hərbçi minaya düşdü - Ağır yaralanıb

2017/12/345345345_1513062512.jpg
Oxunub: 502     15:06     12 Dekabr 2017    
Ermənistan ordusunun əsgəri mina partlayışı nəticəsində ağır yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan sərhəddinin şimal-şərq istiqamətindəki ön xətt mövqelərində döyüş növbətçiliyi apararkən mina partlayışı nəticəsində erməni əsgəri 1998-ci il təvəllüdlü Artur Qarik Danielyan yaralanıb.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovannisyan məlumatı təsdiq edib.

Hazırda hərbi qulluqçu Berd hərbi hospitalındadır, vəziyyəti ağır sabit olaraq qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Mina-partlayışı  


Bizi "telegram"da izləyin