102-ci hərbi bazanın PUA heyətləri təlimə başlayıb

2017/12/ereü_1513008710.jpg
Oxunub: 494     00:03     12 Dekabr 2017    
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşən 102-ci hərbi bazasının pilotsuz uçuş aparatları heyətləri bir aylıq təlimə başlayıblar. Təlim Kamxud yüksək dağ təlim mərkəzində keçirilir.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.

Bir aylıq təlim çərçivəsində PUA operatorları kəşfiyyat sistemlərinin açılmasını, pilotsuz aparatların uçuşa hazırlanmasını, əldən və katapult vasitəsilə pilotsuz uçuş aparatlarının buraxılmasını, havada müxtəlif tapşırıqların icra edilməsini və PUA-ların təhlükəsiz endirilməsini məşq edəcəklər.

Təlimlərə PUA-ların istismarı və taktiki texniki xüsusiyyətlərinin öyrənilməsi üzrə nəzəri hazırlıq mərhələsini keçən hərbi qulluqçular cəlb ediləcək. Bazada mövcud olan bütün növ PUA-lar təlimlərdə istifadə ediləcək. Təlim planına əsasən yürüş zamanı quru hədəflərin kəşfiyyatı, aşkar edilməsi, tanınması, artilleriya atəşinin aparılması üzrə taktiki və taktiki peşə təlimləri yerinə yetiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   CHD   Təlim   102-baza  


Bizi "telegram"da izləyin