Ordu.az “nationalinterest” saytına istinadən xəbər verir ki, bu barədə 4 həftə öncə İran İnqilab Keşikçiləri ordusunun komandiri general Məhəmməd Əli Cəfəri bildirib.
Baxmayaraq ki bu məsafə İsrailin bütün, ABŞ-ın isə İran körfəzi və Yaxın Şərqdəki bazalarının çoxunu əhatə etsə də, bu addım da başlanğıc kimi qəbul edilməlidir. Hazırki sual bundan ibarətdir ki, ABŞ və tərəfdaş olduğu ölkələr İranı daha yaxın limit qoymağa təşviq edə bilərlərmi?
Fransa prezidenti Emanuel Makron və Xarici İşlər Naziri Can-iv Le Drayn İranı raket proqramı və onun məhdudlaşdırılması ilə bağlı ikitərəfli danışıqlara dəvət edib. Oktyabrın əvvəlində Almaniya Xarici İşlər Naziri Siqmar Qabriel İranın alman şirkətlərindən raket texnologiyasını alma cəhdlərindən narahatlığını bildirdi. Sentyabrın axırlarında İran 1242 mil mənzilli “Xoramşəhr” raketini sınaqdan keçirdikdən sonra Britaniya xarici işlər naziri Boris Conson İranı qınadı.
Səudiyyə Ərəbistanı və BƏƏ hal-hazırda ABŞ raket əleyhinə müdafiə sistemlərini almaq üçün milyardlarla dollar xərcləyirlər. ABŞ patriot batareyaları 2015-ci ildən bu yana yüzdən çox Husi raketini zərərsiz hala gətirib. Lakin hücumlar daha təhlükəli hal almağa başlayır. İyulda Husi qüvvələri Səudiyyə Ərəbistanın neft emalı zavodlarından birinin bir neçə yüz mil məsafəsinə Burkan H2 raketini atdı. Noyabrda isə onlar daha da irəli gedərək Qiam 1 raketlərini Riyada istiqamətləndirdi. Cəmisi bir gün sonra Husilər BƏƏ-ni hədəf aldığını və dekabrın 3-də bir nüvə enerji stansiyasını vurduğunu (BƏƏ bu iddiaları rədd etdi) iddia etdi.
Ordu.az