Daha bir erməni hərbçi qəzaya düşdü - 1 ölü, 1 yaralı

2017/12/zin-1300x97534645_1512971934.jpg
Oxunub: 473     13:55     11 Dekabr 2017    
Ermənistanın İcevan şəhərində erməni hərbçi qəza törədib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 13:00 radələrində Ermənistanın Tavuş vilayətinin İcevan şəhərində 21 yaşlı Arsen Kirakosyan idarə etdiyi motosikletlə şəhərin 51 yaşlı sakini Svetlana Beqlaryanı vurub.

Qəza nəticəsində xəsarət alan şəhər sakini xəstəxanaya aparılsa da, orada ölüb. Kirakosyanın isə, müxtəlif bədən xəsarətləri alaraq hərbi hospitallardan birinə yerləşdirildiyi bildirilir.

Əldə edilən məlumata görə, 21 yaşlı Kirakosyan Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusudur.



Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qəza   Ölüm  


Bizi "telegram"da izləyin