BMT KXDR ətrafında gərginliyin azaldılmasına çalışır

2017/12/full-1512458537eda34d13553c612e24f4dc0e656537d9_1512807851.jpeg
Oxunub: 342     16:19     09 Dekabr 2017    
“BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman dekabrın 5-dən 9-dək davam edən KXDR səfəri çərçivəsində Koreya yarımadasında mövcud olan gərgkinlikdən narahat olduğunu bildirib və onun azaldılması üçün kömək göstərməyə söz verib”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə KXDR-in rəsmi mətbu orqanı Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Agentliyin məlumatında həmçinin regionda gərginliyin əsas səbibinin ABŞ-ın ədavətli siyasəti və KXDR-ə münasibətdə onların nüvə təhdidləri olması bildirilir.

Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, Feltman KXDR səfəri çərçivəsində xarici işlər naziri Li Yon Xo ilə görüşərək Pxenyan və BMT arasında əlaqələri, onların inkişaf etdirilməsini müzakirə edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   BMT  


Bizi "telegram"da izləyin