Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ku, bu barədə “Chosun Ilbo” qəzeti məlumat yayıb.
“Biz Şimali Koreyanın yeni “Pukkıkson-3” sualtı gəmilər üçün ballistik raketinin atışına hazırlaşmasının əlamətlərini qeydə almışıq. Düşünmürük ki, atış ən yaxın zamanda baş verə bilər, lakin nəzarət üçün Cənubi Koreya-Amerika vasitələrindən istifadə etməklə fasiləsiz olaraq vəziyyəti izləyirik”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu yaxınlarda Yaponiyanın “Tokya Shimbun” qəzeti KXDR-in “Pukkıkson-3” ballistik raketinin hazırlanması üzrə proqramını tamamlandığını bildirib.
Ağalar Qəribov
Ordu.az