Ordu.az xəbər verir ki, 150 ölkə arasında “Ümumdünya hərbiləşdirilmiş indeks-2017” reytinqində Ermənistan 3-cü yerdə qərarlaşıb.
Hərbiləşmənin səviyyəsi bir ölkədə təhsil və səhiyyəyə ayrılan vəsaitlə müqayisədə hesablanır. Həmçinin, bu qiymətləndirmədə ümumi daxili məhsulun hərbiyə ayrılan hissəsi də əsas götürülür.
Xatırladaq ki, 2017-ci ildə Ermənistanın ÜDM-nin 5.8%-i hərbi xərclərə yönəlib.
Alpər Mövludoğlu
Ordu.az