Ər-Riyad yaxınlığında partlayan raket İran istehsalı ola bilər – BMT

2017/12/AP_17174367394585-640x400456456_1512197124.jpg
Oxunub: 522     14:42     02 Dekabr 2017    
BMT ekspertləri bildirir ki, Səudiyyə Ərəbistanı yaxınlığında partlayan Yəmən raketi İran istehsalı ola bilər.

Ordu.az “timesofisrael.com” saytına istinadən bildirir ki, ötən ay Yəməndən atılan raket hissələrini incələmək üçün Səudiyyə Ərəbistanına gələn BMT ekspertləri hadisənin İran istehsalı ola biləcəyi ilə bağlı məlumatlar əldə ediblər.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar noyabrın 4-də Ər-Riyad aeroportu yaxınlığında raket hücumu edən Husi qiyamçılarını silahlandırdığına görə İranı ittiham edib.

Əraziyə səfər edən BMT ekspertləri bildirib ki, partlayan raketin hissələri üzərində “İran Aerospace” sənaye təşkilatının bir qolu olan “Sahid Begheri Sənaye Qrup”unun loqosuna bənzər işarələr tapılıb.

ABŞ səfiri Nikki Heyli sözügedən raket hücumuna görə İrana qarşı beynəlxalq tədbirlər görməyə səsləyib.

Xatırladaq ki, İran tərəfi Husilərin silahlandırılması ilə bağlı səsləndirilən ittihamları rədd edir. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Qasemi Bu həftənin əvvəlində verdiyi müsahibəsində bir daha İranın Yəməndə heç bir bir silahlı dəstə ilə əlaqəsinin olmadığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Raket  


Bizi "telegram"da izləyin