Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib.
“İxtisar üçün hazırlıqlara başlanılıb, bu mərhələ tamamlandıqda, ordunun çıxarılmasına başlanacaq”, - deyə Petruşev bildirib.
Onun sözlərinə görə, Rusiya Münaqişə Edən Tərəflərin Barışığı Mərkəzi, iki hərbi baza və bəzi mühüm strukturlar vəziyyətin dəstəklənməsi üçün Suriya ərazisində qalacaq.
Xatırladaq ki, noyabrın 23-də Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov Suriya ərazisindəki Rusiya kontingentinin ixtisar ediləcəyini və bu prosesin cari ilin dekabrından başlanmasının mümkün olduğunu bəyan edib.
Ağalar Qəribov
Ordu.az