2018-ci ildə Beynəlxalq Hərbi Oyunlar iyul-avqust aylarında keçiriləcək

2017/12/1494382499345345_1512110726.jpg
Oxunub: 486     14:42     01 Dekabr 2017    
“2018-ci ildə Beynəlxalq Hərbi Oyunlar (“ArMİ-2018”) iyulun 28-dən avqustun 11-dək keçiriləcək”.

Ordu.az “Krasnaya qazeta” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Baş Hərbi Hazırlıq idarəsinin rəisi, general-leytenant İvan Buvaltsev bəyan edib.

““ArMİ-2018”in beynəlxalq mərhələsi 29 konkursdan ibarət olacaq. Onlar 23 müxtəlif poliqonda iyulun 28-dən avqustun 11-dək keçirmək planlaşdırılır”, - deyə Buvaltsev bildirib.

General-leytenant əlavə edib ki, 4 poliqon hərbi oyunlarda ilk dəfə istifadə olunacaq.

Bununla belə, Buvaltsev “ArMİ-2018”də hansı ölkələrin iştirak edəcəyini dəqiqləşdirməyib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ArMİ-2018   Rusiya  


Bizi "telegram"da izləyin