2017-ci ildə ABŞ digər ölkələrə 42 milyard dollar dəyərində silah satıb

2017/11/e3bbb2d8-3cab-4f9d-96eb-4b0990199336345345_1512030233.jpg
Oxunub: 566     16:22     30 Noyabr 2017    
Sentyabrın 30-da tamamlanan 2017-ci maliyyə ili ərzində ABŞ digər ölkələrə 41,93 milyard dollar dəyərində silah satıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“6,04 milyard dollar dəyərində müqavilələr Dövlət Departamentinin hərbi yardım göstərilməsi üzrə proqramları çərçivəsində əldə olunub, 3,87 milyard dollar isə Müdafiə Nazirliyi xətti tərəfindən. 32,02 milyard dollar isə müttəfiq ölkələr tərəfindən silah alınması qarşılığında ödənilib”, - deyə məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, bu rəqəmlər ABŞ hərbi məhsulları və xidmətlərinə yüksək təlabatın olduğunu təsdiq edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silah-satışı  


Bizi "telegram"da izləyin