İshaq Dar: "Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək"

2024/05/1717057575.jpg
Oxunub: 146     14:30     22 İyun 2026    
Pakistanın Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Bürgenştok şəhərində həftənin sonunadək davam edəcək texniki ABŞ-İran danışıqları çərçivəsində tərəflərlə qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Nazir bir daha vurğulayıb ki, Pakistan həm Yaxın Şərqdə, həm də onun xaricində davamlı sülh və sabitliyin əldə olunmasına dəstək verməkdə rol oynayıb və oynamağa davam edəcək.

"İslamabad Anlaşma Memorandumunun icrasına konstruktiv yanaşmaya görə ABŞ-yə və İrana dərin minnətdarlığımı bildirir, eləcə də onların dialoq və diplomatiyaya dəyişməz sadiqliyini qeyd edirəm. Pakistanla yanaşı, vasitəçilik prosesindəki mühüm roluna görə Qətərə xüsusi təşəkkürümü bildirirəm", - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İshaq-Dar   Pakistan   ABŞ   İran  


Bizi "telegram"da izləyin