Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Leyboristlər Partiyasının yeni lideri və hökumət başçısı postuna əsas namizəd Böyük Mançester meri Endi Börnem hesab olunur.
O, 2026-cı il iyunun 18-də Meykerfild seçki dairəsində keçirilmiş əlavə parlament seçkilərində qələbə qazanıb.
Nəşrin mənbələrinin sözlərinə görə, baş nazirin baş katibi Darren Cons artıq Börnemin komandasının əsas üzvlərindən biri olan Leyboristlər Partiyasının deputatı Luiza Heyq ilə görüş keçirib.
Bildirilir ki, Starmer vəzifədən getməsi ilə bağlı şərtləri potensial varisi ilə əvvəlcədən razılaşdırmadan birtərəfli qaydada müəyyənləşdirməyi planlaşdırır. Hökumətdəki mənbələrin məlumatına görə, ən real ssenari Starmerin 2026-cı ilin payızında vəzifəsini tərk etməsidir.
Bu təqvim yeni liderə sentyabr ayının sonunda keçiriləcək illik partiya konfransında təşkilatı birləşdirmək, hökumətə isə payız büdcəsinin hazırlanmasını yekunlaşdırmaq imkanı verəcək.
Bununla belə, Leyboristlər Partiyası daxilində Endi Börnemin yeganə namizəd olub-olmayacağı ilə bağlı qeyri-müəyyənlik qalır.
Keçmiş səhiyyə naziri Ues Stritinq də liderlik uğrunda mübarizəyə qoşulmağa hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, o, 81 deputatın dəstəyini qazana bilər.
Sevinc Əliyeva
Ordu.az