Vens: “Hörmüz boğazı açıqdır”

2026/04/1775969501.jpg
Oxunub: 192     16:00     22 İyun 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Hörmüz boğazının açıq olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə Vens mətbuat konfransı zamanı danışıb.

“Hörmüz boğazının açıq qalmasını təmin etmək üçün mexanizm yaratmaq istəyirdik və buna nail olduq”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ABŞ və tərəfdaşları boğazda təhlükəsiz gəmiçiliyin təmin olunması üçün koordinasiya mexanizmi formalaşdırıblar.

“Biz Hörmüz boğazını açıq saxlamaq üçün mexanizm yaratmaq istəyirdik və bu gün o açıqdır. Hazırda qaz və neft qiymətlərinin aşağı düşdüyünü görürük. Milyonlarla barrel neft və təbii qaz Hörmüz boğazından keçir. Bundan başqa, boğazın minalardan təmizlənməsi üçün effektiv koordinasiya sisteminin yaradıldığına da əmin olmaq istəyirdik”, - deyə ABŞ rəsmisi bildirib.

Vens qeyd edib ki, enerji daşıyıcılarının fasiləsiz hərəkəti və dəniz nəqliyyatının təhlükəsizliyi beynəlxalq iqtisadi sabitlik üçün mühüm əhəmiyyət kəsb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin