Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) məlumatında deyilir.
Şənbə günü Qəzza zolağının şimal hissəsinə endirilən aviazərbə nəticəsində HƏMAS-ın "Qərbi Cəbaliyə" batalyonunun mühəndislik şöbəsinin rəisi Əhməd Munir Xəlil Zaza öldürülüb. O, silahların istehsalı və batalyonun yaraqlıları arasında paylanmasında iştirak edib, həmçinin evlərdə partlayıcı qurğuların və tələ-minaların hazırlanmasına görə məsul olub.
Qəzza zolağının şimalına endirilən daha bir zərbə nəticəsində HƏMAS-ın Qəzza şəhərindəki snayper qrupunun komandiri Hüseyn Səfadi öldürülüb. O, Qəzza şəhəri ərazisində fəaliyyət göstərən İsrail hərbçilərinə qarşı snayper hücumları hazırlayırdı.
Ordu.az