ABŞ və İran ekspertləri 2026-cı il iyunun 22-də İsveçrədə danışıqlar aparacaqlar

2026/06/1782048183.jpg
Oxunub: 166     14:27     22 İyun 2026    
İsveçrədə bu gün ABŞ və İran nümayəndələri arasında ekspert səviyyəsində danışıqlar keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər memorandumun icra mexanizmlərini və müvafiq işçi qruplarının yaradılması məsələlərini müzakirə edəcəklər.

Agentliyin “Telegram” kanalında yayılan məlumatda bildirilir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sədrliyi ilə ABŞ və İran nümayəndələri arasında İslamabad anlaşma memorandumunun həyata keçirilməsi mexanizmləri və müvafiq işçi qruplarının formalaşdırılması üzrə texniki danışıqlar keçiriləcək.

Bununla yanaşı, İran Xarici İşlər Nazirliyi İsveçrədə İran nümayəndə heyəti ilə ABŞ tərəfi arasında aparılan danışıqların artıq başa çatdığını açıqlayıb.

Bəyanatda qeyd olunub ki, tərəflər yekun saziş üzrə danışıqların başlanması üçün zəmin hazırlamağa nail olublar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin