Ermənistan Antikorrupsiya Komitəsi seçki rüşvəti faktları aşkarlayıb

2026/06/1782117963.jpg
Oxunub: 177     12:38     22 İyun 2026    
Ermənistan Antikorrupsiya Komitəsi və Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində seçki rüşvəti verilməsi ilə bağlı yeni faktlar üzə çıxıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Antikorrupsiya Komitəsi məlumat yayıb.

Məlumata görə, başlanılmış cinayət işi çərçivəsində əldə olunan faktiki məlumatlar “Hayastan” blokunun deputatlığa namizədlərinin, blokun tərəfdarları və digər şəxslərlə birlikdə Şirak vilayətinin bir sıra sakinlərinə pul vəsaitləri verdiyini göstərir.

Bildirilir ki, vəsaitlər həmin şəxslərin parlament seçkilərində “Hayastan” blokunun xeyrinə səs verməsi və ya seçki rüşvəti müqabilində blokun lehinə səs verməyə hazır olan şəxslərin cəlb edilməsi şərti ilə təqdim olunub.

Hadisə ilə bağlı aparılan cinayət işi çərçivəsində bir neçə nəfər saxlanılıb, axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rüşvət  


Bizi "telegram"da izləyin