Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bundan əvvəl Gümrüdən Moskvaya uçan sərnişin təyyarəsinin fövqəladə vəziyyət siqnalı verdikdən sonra Mahaçqalaya yönləndirildiyi bildirilmişdi.
“Flightradar” xidmətinin məlumatlarına və hava limanının onlayn məlumat lövhəsinə əsasən, “Boeing” tipli təyyarə İrəvan vaxtı ilə saat 12:24-də Gümrüdən havaya qalxıb.
Uçuşdan bir saat keçməmiş Dağıstan üzərində ekipaj ümumi fövqəladə vəziyyət siqnalı verib. Bundan sonra təyyarə enişə başlayaraq təxminən 3 min metr hündürlüyə qədər alçalıb.
Daha sonra hava gəmisinin Mahaçqala hava limanına yönləndirildiyi məlum olub.
Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib ki, təyyarə texniki səbəblərə görə Mahaçqalaya eniş edib.
Qeyd olunub ki, nasazlıq aradan qaldırıldıqdan sonra hava gəmisi Moskva istiqamətində uçuşunu davam etdirəcək.
Alpər Mövludoğlu
Ordu.az