Ordu.az xəbər verir ki, senator bu barədə “CBS News” telekanalına müsahibəsində danışıb.
Qrem bildirib ki, əgər qarşılıqlı anlaşma memorandumu vasitəsilə diplomatik həll yolu tapılmasa, ABŞ başqa vasitələrə əl atmağa məcbur olacaq.
“Gəlin bunu sınayaq, diplomatik həll yolu tapmağa çalışaq. Amma mən hesab edirəm ki, bu cəhd uğursuzluğa məhkumdur”, - deyə senator bildirib.
O əlavə edib ki, razılaşma baş tutmayacağı təqdirdə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını güc yolu ilə nəzarətə götürə bilər.
Bununla yanaşı, İsveçrənin Bürgenştok şəhərində İslamabad Anlaşma Memorandumu çərçivəsində keçirilən yüksək səviyyəli danışıqların birinci mərhələsi başa çatıb.
Danışıqlarda İran və ABŞ nümayəndələri ilə yanaşı, Qətər Dövləti və Pakistan İslam Respublikasının təmsilçiləri də iştirak ediblər.
Məlumata görə, görüşlər müsbət və konstruktiv atmosferdə keçib. Tərəflər arasında “ümidverici irəliləyiş” əldə olunub və gələcək texniki müzakirələr üçün mexanizm yaradılıb.
Sevinc Əliyeva
Ordu.az