Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Yaşanılası ölkə” partiyasının həmtəsisçisi Mesrop Arakelyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, təklif edilən dəyişikliklərə əsasən, parlament seçkilərində və referendumlarda yalnız son 365 gün ərzində faktiki olaraq ən azı 183 gün Ermənistanda olmuş vətəndaşlar iştirak edə biləcəklər.
Arakelyan qeyd edib ki, Ermənistan Konstitusiyasının 48-ci maddəsinin birinci hissəsində seçki hüququnun bütün yetkinlik yaşına çatmış vətəndaşlara məxsus olduğu açıq şəkildə göstərilib.
“Parlament seçkiləri və ya referendum günü 18 yaşını tamamlamış Ermənistan vətəndaşları səsvermə və referendumda iştirak hüququna malikdirlər”, - deyə o, Konstitusiyadan sitat gətirib.
Erməni siyasətçi vurğulayıb ki, seçki hüququnun bu şəkildə məhdudlaşdırılması Konstitusiyaya ziddir.
Alpər Mövludoğlu
Ordu.az