Tehran: Qətər və Pakistan əldə olunan razılaşmaların mətnini təqdim edəcək

2025/04/1745124556.jpg
Oxunub: 225     11:39     22 İyun 2026    
Bürgenştokda davam edən danışıqlarda İran və ABŞ arasında əldə olunan razılaşmaların mətni yaxın vaxtlarda vasitəçilər tərəfindən təqdim ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, 18 saat davam edən müzakirələrin nəticələrini əks etdirən sənəd Qətər və Pakistan tərəfindən açıqlanacaq.

“Mətn iki vasitəçi olan Qətər və Pakistan tərəfindən yayımlanacaq və orada qeyd etdiyim əsas məqamlar öz əksini tapacaq. Bu sənəd 18 saat ərzində əldə olunan razılaşmaların yekun sənədi kimi təqdim ediləcək”, - deyə Bəqayi bildirib.

O əlavə edib ki, İran neftinin satışına icazələrin verilməsi və İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması ABŞ ilə yekun saziş üzrə danışıqlara keçidin əsas şərtlərindən biridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Pakistan   İran  


Bizi "telegram"da izləyin