Şavkat Mirziyoyev Azərbaycan səfirinə "Mehnat Shuhrati" ordenini təqdim edib - FOTOLAR

2026/06/photo-10692723828.jpg
Oxunub: 186     13:20     22 İyun 2026    
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və respublikadakı diplomatik missiyasını başa çatdıran Azərbaycan səfiri Hüseyn Quliyev iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bundan sonrakı inkişafını müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş zamanı Şavkat Mirziyoyev azərbaycanlı diplomatın ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki səmərəli fəaliyyətini və şəxsi töhfəsini xüsusi qeyd edib.

Ş.Mirziyoyev çoxtərəfli Özbəkistan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə Hüseyn Quliyevə "Mehnat Shuhrati" ordenini təqdim edib.

Azərbaycan səfiri, öz növbəsində, Özbəkistan liderinə diplomatik missiyasının yüksək qiymətləndirilməsinə və iki ölkə arasında genişmiqyaslı əməkdaşlığın inkişafına dəstəyə görə təşəkkür edib.

Eyni zamanda, məlumatda qeyd edilib ki, ölkələr arasında ali və digər səviyyələrdə intensiv dialoq qurulub. Ticari-iqtisadi sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib. Son illərdə ticarət dövriyyəsi dəfələrlə artıb, Azərbaycan kapitalının iştirakı ilə 280 müəssisə yaradılıb, birgə investisiya şirkəti təsis olunub. Geologiya, kənd təsərrüfatı, nəqliyyat, şəhərsalma, tekstil, əczaçılıq və digər sahələrdə əməkdaşlıq üzrə layihələr aktiv mərhələdədir. Mədəni-humanitar mübadilə sahəsində mühüm proqramlar həyata keçirilir.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Özbəkistan  


Bizi "telegram"da izləyin