Ordu.az xəbər verir ki, bu barədə “Tatoli” agentliyi məlumat yayıb.
Məlumata görə, ölkə hökuməti sabiq dövlət başçısının vəfatı ilə əlaqədar yeddi günlük matəm elan edib.
Fransişku Quterriş Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində yerləşən xəstəxanalardan birində dünyasını dəyişib. Bildirilir ki, o, həmin tibb müəssisəsində müalicə alırdı.
Qeyd olunub ki, 2026-cı il iyunun 22-dən 28-dək ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə dövlət bayraqları endiriləcək.
Fransişku Quterriş 1954-cü ildə Portuqaliya Timorunun Ossu şəhərində anadan olub. O, 2002-2007-ci illərdə parlament sədri vəzifəsində çalışıb.
2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 57,1 faizinin dəstəyini qazanaraq dövlət başçısı seçilib.
Onun prezidentliyi dövründə ölkənin ümumi daxili məhsulu 15 faiz artaraq 2020-ci ildə 1,9 milyard dollara çatıb.
Quterriş 2022-ci ildə ikinci müddət üçün yenidən namizəd olsa da, seçkilərdə Joze Ramuş-Ortaya məğlub olub. O, səslərin 37 faizini topladığı halda, rəqibi seçicilərin 62 faizinin dəstəyini qazanıb.
Sevinc Əliyeva
Ordu.az