Aleksandar Vuçiç: "Avropa iqtisadi baxımdan ABŞ və Çindən geri qalır"

2026/02/1771166392.jpg
Oxunub: 171     13:40     22 İyun 2026    
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin və ümumilikdə Avropanın iqtisadi baxımdan ABŞ və Çindən geri qaldığını və bunun aradan qaldırılması üçün dəyişikliklərin vacibliyini bəyan edib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, XXI Dünya İqtisadçılar Konqresinin açılışında danışan Serbiya prezidenti dəyişiklik olmasa belə bir fərqin daha da böyüyəcəyini deyib.

O, daha sürətlə işləyən, az bürokratiyaya malik, işləri daha çevik şəkildə həyata keçirilən iqtisadiyyatın vacibliyindən danışıb. Prezidentin fikrincə belə iqtisadiyyatı olan ölkənin heç kəs qarşısını ala bilməz.

"Bu gün Avropa öz iqtisadiyyatını, sənayesini və informasiya texnologiyaları sektorunu qorumaq üçün müxtəlif mexanizmlər yaradır. Çünki ABŞ və Çin kimi digər böyük güclər yüksək texnologiyalar və innovativ sənaye sahələrində dominant mövqedədirlər. Avropa bu cür bazar yarışında çətinlik çəkir".

Serbiya Prezidenti deyib ki, Avropa İttifaqında xidmət sahəsində əvvəllər təxminən 205 bürokratik maneə var idisə, indi onların sayı 2 900-ə çatıb:

"Bu, çox böyük dəyişiklikdir. Dünya tamamilə fərqlidir. Ancaq heç kim daha sürətli işləyən, daha az bürokratiyaya malik və işləri daha çevik şəkildə həyata keçirən ölkələrin qarşısını ala bilməz. Bu isə Avropadakı bütün dövlətlər, o cümlədən Serbiya üçün ciddi xəbərdarlıqdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Avropa   ABŞ   Çin  


Bizi "telegram"da izləyin