Ordu.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Çin Ticarət Nazirliyinə istinadən məlumat yayıb.
"Bu tədbir milli təhlükəsizliyi və maraqları qorumaq üçün görülüb", - məlumatda qeyd olunub.
Şirkətlər sırasına "Aveox", "Ball Aerospace & Technologies Corp.", "L3Harris Maritime Services" və digərləri daxildir.
Bundan əlavə, Çin sanksiya siyahısına daxil edilmiş ABŞ-nin 46 şirkətinin istehsal etdiyi məhsulların alınmasını qadağan edib.
Ölkənin Maliyyə Nazirliyinin məlumatında qeyd olunub ki, yeni tədbirlərə əsasən, dövlət satınalmalarında iştirak edən təşkilatlara "Lockheed Martin Corporation" və "Raytheon Missiles & Defense" şirkətləri daxil olmaqla adıçəkilən ABŞ şirkətlərinin məhsullarını almaq qadağan edilib.
Nazirlikdən bildirilib ki, bu tədbir Çində fəaliyyət göstərən ABŞ investisiyalı şirkətlərə şamil edilmir.
Ordu.az