“Siyasi təqibə məruz qalan şəxslərin sayı bir neçə onluqla məhdudlaşmır” - Abrahamyan

2026/06/1782114222.jpg
Oxunub: 191     11:35     22 İyun 2026    
“Seçkilər başa çatsa da, ölkədə siyasi məhbuslar mövzusu gündəmdə qalmaqda davam edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, həbsdə və ya müxtəlif qətimkan tədbirləri altında saxlanılan şəxslərin dəqiq sayı məlum olmasa da, siyasi təqibə məruz qalan insanların sayının bir neçə onluqla məhdudlaşmadığı aydındır.

“Hazırda tanıdığın insanların adlarını sadalamaq belə çətindir ki, kimsə diqqətdən kənarda qalmasın. Aşot Yerkat, Armen Aşotyan və siyahı davam edir”, - deyə deputat bildirib.

Abraamyan ev dustaqlığında olan və ya hərəkət məhdudiyyətləri tətbiq edilən şəxslərin adlarını da sadalayıb.

O, Davit Hambardzumyan, Samvel Karapetyan, Artur Sarkisyan, Baqrat Qalstanyan və Mikayel Acapahyanın da bu sırada olduğunu qeyd edib.

“Siyasi məhbusların hamısına azadlıq”, - deyə erməni deputat vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin