Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

2026/06/1782128080.jpg
Oxunub: 154     15:25     22 İyun 2026    
Özbəkistanda diplomatik missiyası başa çatan Azərbaycan səfiri Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ordu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla o, bu mükafata Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün iki ölkə arasındakı münasibətlərinin möhkəmləndirilməsində böyük töhfəsinə görə Hüseyn Quliyevə "Mehnat Shuhrati" ordenini təqdim edib.

Xatırladaq ki, müvafiq sərəncamla H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri təyin olunub. Sabah, iyunun 23-ü onun 80 yaşı tamam olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hüseyn-Quliyev  


Bizi "telegram"da izləyin