Ordu.az xəbər verir ki, bu barədə “Flightradar” xidmətinin məlumatlarında qeyd olunub.
“Boeing” təyyarəsi 2026-cı il iyunun 22-də İrəvan vaxtı ilə saat 12:24-də Gümrüdən havaya qalxıb.
Uçuşdan təxminən bir saat sonra Dağıstan üzərində hərəkət edərkən ekipaj ümumi fövqəladə vəziyyət siqnalı verib və təyyarə 3 min metr hündürlüyə enib.
Daha sonra məlum olub ki, təyyarə Mahaçqala hava limanına yönləndirilib.
“Flightradar” xidmətinin və hava limanının onlayn məlumat lövhəsinin məlumatına görə, layner planlaşdırıldığı kimi Moskva istiqamətində uçuşunu davam etdirməyəcək və Mahaçqalada eniş edəcək.
Qeyd edək ki, təyyarənin Moskva vaxtı ilə saat 15:25-də paytaxta çatması nəzərdə tutulurdu.
Alpər Mövludoğlu
Ordu.az