Pinyo: "Aİ Britaniya ilə birgə sammit keçirilməsi planlarını nəzərdən keçirir"

2026/03/1773759640.jpg
Oxunub: 132     15:34     22 İyun 2026    
Avropa İttifaqı (Aİ) Böyük Britaniya Baş naziri Kir Starmerin istefasını elan etməsindən sonra iyulun 22-nə planlaşdırılmış Aİ–Böyük Britaniya sammitinin keçirilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının mətbuat katibi Paula Pinyo bəyan edib.

Onun sözlərinə görə, Avropa Komissiyası Aİ Şurasının sədri Antonio Koşta və Britaniya tərəfi ilə tarixi ötən həftə elan edilmiş sammitin keçirilməsi üzrə məsləhətləşmələr aparır. Bununla yanaşı, o, görüşün təxirə salınacağını və ya ləğv ediləcəyini dəqiqləşdirməyib, yalnız müzakirələrin davam etdiyini qeyd edib.

P.Pinyo həmçinin vurğulayıb ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Starmerin Avropa və Ukraynanın təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfəsini yüksək qiymətləndirib: "Britaniya ilə münasibətlərimiz möhkəmdir və belə də qalacaq".

Xatırladaq ki, iyunun 22-si Kir Starmer Böyük Britaniya hökumət başçısı vəzifəsindən istefa verib. Onun qərarı Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasında planlaşdırılmış sammit də daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərin keçirilmə vaxtı ilə bağlı suallar doğurub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pinyo     Britaniya  


Bizi "telegram"da izləyin