"Qriqoryan" sözünə uyğun 334 nəticə tapıldı!

Ermənistanda hərbi təşkilat sədri hakim partiyadan uzaqlaşdırılacaq?

2019/09/00-90-1569489188.jpg
Oxunub: 1518     17:01     26 Sentyabr 2019    
Bir neçə gün bundan öncə Ermənistanda iki səs-küy yaradacaq iki açıqlama verilib.

Birincisi, Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, “Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikaelyan jurnalistlərlə söhbəti zamanı Ermənistan MTX-nin keçmiş direktoru Artur Vanetsyanın istefa məsələsinə toxunarkən bildirib ki, Vanetsyan onun dostudur və bu, belə də qalacaq. Mikayelyan daha sonra əlavə edib ki, heç kim Vanetsyanın rütbələrini zibil qutusuna ata bilməz.

Eyni zamanda, Ermənistan Müdafiə naziri Davit Tonoyan da hakimiyyət üçün gözlənilməz bəyanat verib və bildirib ki, o, general Manvel Qriqoryanın sağlamlıq vəziyyətindən ciddi narahatdır.

Ermənistan hakimiyyətində əsas rol oynayan iki şəxs Paşinyan üçün iki ağrılı olan məsələ ilə bağlı bəyanatlar səsləndirib.

Bu hadisələr hazırda ABŞ-da olan Paşinyan tərəfindən kifayət qədər ağrılı qəbul olunub.

Məlumata görə, bu bəyanatlardan sonra hökumət tərkibində ciddi gərginlik yaranıb. Paşinyan Ararat Mirzoyan və Tiqran Avinyanla əlaqə yaradıb, onun geri dönüşünə qədər komandanın diqqətli olmasını tapşırıb və həmçinin bildirib ki, Sasun Mikayelyanın məsələsi partiyanın idarə heyətinin müzakirəsinə çıxarılsın.

Mikayelyanın partiyadan uzaqlaşdırılması istisna edilmir.

Hətta belə bir şayiə var ki, o, “Yerkrapah” hərbi təşkilatının sədri vəzifəsindən də istefa verəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yerkrapah   Paşinyan