Rubinyan müxalifətə çağırış etdi: "Seçkilərin nəticələrini tanımırsınızsa, mandatı almayın"

2022/01/96964-1643105826.jpg
Oxunub: 117     16:04     16 İyun 2026    
Ölkədə parlament seçkilərinin nəticələrini tanımayan müxalifət qüvvələri deputat mandatı almamalıdırlar.

Ordu.az "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan brifinqdə bildirib.

Onun sözlərinə görə, müxalifət özünü buraxmalıdır: "Biz əvvəldən hesab edirdik ki, bu qüvvələrin qeydiyyatı ləğv edilməli idi, çünki onlar seçki rüşvəti paylamaqla məşğul idilər".

R.Rubinyan qeyd edib ki, "Vətəndaş müqaviləsi" partiyası iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi planlaşdırmır: "Seçkilərin nəticələrinə gəlincə, biz seçkilərin ləğv olunmasını istəmirik. Çünki parlament çoxluğu legitimdir, səslərimiz legitimdir və biz hökuməti formalaşdıracağıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubinyan   Ermənistan  


Bizi "telegram"da izləyin