Ermənistan MSK mümkün təkrar səsvermə ilə bağlı qərarı iyunun 14-də verəcək

2026/06/1781250474.jpg
Oxunub: 215     11:42     12 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası mümkün təkrar səsvermə ilə bağlı qərarların seçkilərin yekun nəticələrinin müzakirə olunacağı iclasda qəbul ediləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri məlumat yayıb.

Ermənistan MSK-dan bildirilib ki, sözügedən iclas iyunun 14-də, bazar günü keçiriləcək.

Açıqlama iki seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsindən sonra həmin məntəqələrdə yenidən səsvermənin keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab olaraq verilib.

Xatırladaq ki, Ermənistan MSK ötən gün 35/65 və 10/51 nömrəli iki seçki məntəqəsinin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edib. Komissiyanın məlumatına görə, həmin seçki dairələrində səsvermədə iştirak edənlərin sayı uyğunsuzluqların ümumi həcmi kimi qeydə alınıb.

Qeyd olunur ki, bu qərarın nəticəsində “Çiçəklənən” Ermənistan Partiyası 213 səs itirib. Bu isə partiyanın səslərin 4 faizini toplaya bilməməsinə və parlamentə düşməməsinə səbəb ola bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK  


Bizi "telegram"da izləyin