Hörmüz boğazı gəmiçilik üçün açıqdır - CENTCOM

2026/06/1781158702.jpg
Oxunub: 197     01:47     12 İyun 2026    
Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"Hörmüz boğazı tranzit üçün açıqdır. Hörmüz boğazından keçən ticarət gəmiləri üçün təhlükəsiz keçidlər yaradılıb. Bu keçidlər İran blokadasına əməl edən bütün gəmilər üçün əlçatandır", - deyə qeyd olunub.

Həmçinin bildirilib ki, İran Hörmüz boğazına nəzarət etmir.

Mərkəzi Komandanlığın məlumatına görə, son iki ay ərzində yüzlərlə ticarət gəmisi İranın dəniz blokadasını pozmadan boğazdan keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   CENTCOM  


Bizi "telegram"da izləyin