Ukrayna və Fransa “Aster 30” raketlərinin və radar sistemlərinin tədarükünü sürətləndirməyi müzakirə edir

2026/06/1781248428.jpg
Oxunub: 199     11:13     12 İyun 2026    
Ukrayna və Fransa Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi məqsədilə “Aster 30” raketlərinin çatdırılması və yeni radar sistemlərinin tədarükünün sürətləndirilməsi məsələlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynanın müdafiə naziri Mixail Fyodorov ilə Fransanın Silahlı Qüvvələr və Veteranlar naziri Ketrin Votren arasında keçirilən görüşdə Ukrayna hava məkanının qorunmasına yönəlmiş konkret addımlar nəzərdən keçirilib.

Görüş zamanı Avropa İttifaqının kredit mexanizmi çərçivəsində ilin sonuna qədər radar sistemlərinin tədarükünün sürətləndirilməsi məsələsi müzakirə olunub.

Ukrayna tərəfi radarların hava təhdidlərinin erkən aşkarlanmasında kritik rol oynadığını vurğulayıb.

Tərəflər həmçinin Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün prioritet ehtiyaclardan biri hesab edilən “Aster 30” hava hücumundan müdafiə raketlərinin tədarükünü də qiymətləndiriblər.

Müzakirələr zamanı Fransa tərəfindən hazırlanmış yeni nəsil SAMP/T NG hava və raket hücumundan müdafiə sistemlərinin mümkün tədarükü də gündəmə gətirilib. Ukrayna Müdafiə Nazirliyi bildirib ki, hər iki ölkə Ukraynanın hava hücumundan müdafiəsinə dəstəyin ən effektiv formada təmin edilməsi üçün müzakirələri davam etdirəcək.

Tərəflər bundan başqa Ukrayna ilə Fransa arasında həyata keçirilən Pilotsuz Uçuş Aparatı (PUA) əməkdaşlığı proqramlarını və bəzi Fransa müdafiə sistemlərinin Ukraynada istehsal olunması ehtimalını da nəzərdən keçiriblər. Nazirlik qeyd edib ki, hava hücumundan müdafiə vasitələri intensiv Rusiya raket və PUA hücumlarına baxmayaraq kritik infrastruktur obyektlərini və mülki yaşayış məntəqələrini qorumağa davam edir.

Bu səbəbdən radar, raket və insansız sistemlərə yatırımların artırılmasının vacibliyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Fransa   Aster-30  


Bizi "telegram"da izləyin