Tramp Cey Kleytonu ABŞ Milli Kəşfiyyatının yeni direktoru vəzifəsinə namizəd göstərmək istəyir

2026/06/1781208877.jpg
Oxunub: 194     00:13     12 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Cey Kleytonu ABŞ Milli Kəşfiyyatının yeni direktoru vəzifəsinə namizəd göstərmək niyyətində olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ prezidenti bildirib ki, Cey Kleyton hüquq ictimaiyyəti arasında yüksək nüfuza malik şəxsdir.

Tramp xatırladıb ki, Kleyton daha əvvəl ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) rəhbərlik edib, ölkənin ən böyük hüquq şirkətlərindən biri olan “Sullivan & Cromwell”də çalışıb və hazırda Nyu-York ştatının Cənub Dairəsi üzrə federal prokuror vəzifəsini tutur.

“Böyük hörmət qazanmış Cey Kleytonun Milli Kəşfiyyatın növbəti direktoru və eyni zamanda kabinetimin üzvü vəzifəsinə namizədliyini irəli sürəcəyimi elan etməkdən məmnunam”, - deyə Tramp bildirib.

ABŞ prezidenti Senatı da Kleytonun namizədliyini mümkün qədər tez təsdiqləməyə çağırıb.

Qeyd olunub ki, Senatın təsdiqindən sonra Kleyton ABŞ kəşfiyyat icmasına rəhbərlik edəcək və Tramp administrasiyasında Nazirlər Kabinetinin üzvü kimi fəaliyyət göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kleyton   ABŞ  


Bizi "telegram"da izləyin