İran Trampın razılaşma ilə bağlı bəyanatını təkzib edib

2026/06/1781120495.jpg
Oxunub: 196     23:27     11 İyun 2026    
ABŞ ilə İran arasında ilkin memorandum üçün heç bir mətn təsdiqlənməyib.

Ordu.az xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın olan məlumatlı mənbə "Fars" agentliyinə bildirib.

Qeyd olunub ki, Birləşmiş Ştatların Prezidenti bir neçə saat əvvəl "Truth Social" sosial şəbəkəsində İranın ən yüksək səviyyədə ilkin memorandumun mətni ilə razılaşdığını açıqlayıb.

"Bir neçə dəqiqə sonra o, Amerikanın "New York Post" qəzetinə müsahibəsində analoji bəyanat verərək sözügedən mətnin razılaşdırıldığını deyib", - məlumatda xatırladılıb.

Qeyd olunub ki, Trampın bəyanatı, İran və ABŞ-nin cümə axşamına keçən gecə atəşkəs elan edildikdən sonra ən ciddi toqquşmalardan birini yaşadığı bir vaxtda səslənib. Trampın hər kəsi İranın təslim olduğuna inandırmağa çalışmaq məqsədi güddüyü bildirilib.

Daha əvvəl Tramp razılaşma əldə olunduğu üçün İrana qarşı əvvəlcədən planlaşdırılmış zərbələri ləğv etdiyini vurğulayıb. "Axios"un müxbiri Barak Ravid isə İran rəsmilərinə istinadən "X" sosial şəbəkə hesabında yazıb ki, yekun sənəd hələ İranın Ali rəhbəri Müctəba Xamenei tərəfindən təsdiqlənməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin