Ordu.az xəbər verir ki, bu barədə Kaya Kallas “X” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, tərəflər Fars körfəzində son eskalasiya və Tehranla Vaşinqton arasında danışıqların vəziyyətini müzakirə ediblər.
Kallas bildirib ki, o, həmçinin Küveytin xarici işlər naziri Şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə də əlaqə saxlayıb.
Avropa İttifaqının ali nümayəndəsi vurğulayıb ki, Fars körfəzi ölkələrinə və onların mühüm infrastruktur obyektlərinə qarşı hücumların yenidən başlaması qəbuledilməzdir.
Onun sözlərinə görə, tammiqyaslı müharibəyə qayıdış region üçün çox ağır nəticələr doğura bilər və diplomatik yol münaqişədən çıxış üçün ən yaxşı seçim olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az