Putin: “Ukraynadakı böhran bu ölkənin Avropa İttifaqına üzv olmaq cəhdləri ilə başlayıb”

2026/05/1780043352.jpg
Oxunub: 373     20:53     29 May 2026    
“Ukraynadakı böhran bu ölkənin Avropa İttifaqına üzv olmaq cəhdləri ilə başlayıb”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana dövlət səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Putin bu açıqlamanı Ermənistanla bağlı danışarkən səsləndirib.

O, Ermənistanı Avropa İttifaqına inteqrasiya kursunu davam etdirmək niyyətində olacağı təqdirdə bütün məsələləri diqqətlə nəzərdən keçirməyə çağırıb.

“Mən Ermənistanın baş nazirinə dedim: “Ermənilər üçün yaxşı olan hər şey Rusiya üçün də məqbuldur və yaxşıdır. Siz erməni xalqının maraqlarından çıxış edərək necə lazım bilirsinizsə, elə də edin. Hazırda hakimiyyətdəsiniz və qərar qəbul edilməsinə görə məsuliyyət daşıyan sizsiniz”.

Mən bunu artıq demişəm. Ukraynadakı böhran onun Avropa İttifaqına üzv olmaq cəhdləri ilə başladı. Biz buna qarşı deyildik”, - deyə Putin bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Ukrayna    


Bizi "telegram"da izləyin