“Vaxtilə Saakaşviliyə xəbərdarlıq etmişdim” - Köçəryan

2026/05/1779726083.jpg
Oxunub: 434     18:57     27 May 2026    
“Nikol Paşinyan Mixeil Saakaşviliyə çox bənzəyir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Gorus sakinləri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, hər iki siyasətçidə eyni xüsusiyyətlər müşahidə olunur: təxribat törətmək, geosiyasi oyunlara qarışmaq, Rusiya ilə münasibətləri korlamaq, xalqın maraqları hesabına öz problemlərini həll etməyə çalışaraq amerikalılara xoş görünmək.

Köçəryan, həmçinin təxminən 20 il əvvəl baş vermiş hadisələri xatırladıb. O bildirib ki, 2007-ci ildə Tbilisi ilə Moskva arasındakı münasibətlər artıq kifayət qədər gərgin olduğu dövrdə mayın 26-da keçirilən hərbi paradda hansısa yeni rənglənmiş texnikalar nümayiş etdirilmişdi. 2008-ci il mayın 26-da keçirilən eyni paradda isə yenə həmin texnikalar göstərilmişdi.

“2007-ci ildə Batumidə onunla görüşdüm. Saakaşvili deyirdi ki, elə ordu qurmuşuq ki, Rusiya ordusu dağılmış vəziyyətdədir. Ordu yoxdur, “hamısı alkoqolikdir”. Mən o vaxt ona dedim: “Başın ağrıyır, hansı tarixə düşə biləcəyini yaxşı təsəvvür etmirsən”.

Sonra 2008-ci ildəki parad gəldi, mən artıq prezident deyildim. Düz iki ay sonra Saakaşvili Tsxinvaliyə hücum etdi. 22 rus sülhməramlı öldü. Cəmi 3 gün ərzində Rusiya ordusu artıq Tbilisinin ətrafına çatmışdı, Poti şəhərinə daxil olmuşdu. Hara gedirdilərsə, heç kim mane olmurdu. Gürcü ordusu yox idi. Ordu axtarırdılar, “au” qışqırırdılar, amma ordu yox idi.

Çünki boş görüntü və nümayişlə ordu qurmaq olmaz. Saakaşvili isə bu müddətdə qalstukunu çeynəyirdi”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin