Makron: “ABŞ prezidentinə qarşı silahlı hücum qəbuledilməzdir”

2026/04/1775133749.jpg
Oxunub: 423     13:44     26 Aprel 2026    
ABŞ prezidentinə qarşı ötən gecə törədilən silahlı hücum qəbuledilməzdir.

Ordu.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazıb.

“Zorakılığın demokratiyada yeri yoxdur. Donald Trampa tam dəstəyimi ifadə edirəm”, - deyə Fransa prezidenti qeyd edib.

Xatırladaq ki, Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən atışma nəticəsində ABŞ prezidenti Donald Tramp, birinci xanım Melaniya Tramp və ABŞ administrasiyasının digər yüksəkvəzifəli üzvləri təxliyə edilmişdilər.

Atışma nəticəsində Gizli Xidmətin bir zabiti yaralanmışdı.

Atıcı Kaliforniyada yaşayan 31 yaşlı Koul Allen idi. O, Tramp administrasiyasının üzvlərini güllələmək istədiyini etiraf edib. Allen saxlanılıb və bazar ertəsi məhkəmə qarşısına çıxacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Fransa  


Bizi "telegram"da izləyin