Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Bu, mənə İranla müharibədə qalib gəlməyə mane olmayacaq. Bunun baş verənlərlə hər hansı əlaqəsinin olub-olmadığını bilmirəm, əlimizdə olan məlumatlara əsasən, əslində belə düşünmürəm”, - deyə Tramp sarsıdıcı insidentdən sonra Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə bildirib.
Bununla belə, Tramp daha əvvəl bunun İranla müharibə ilə bağlı olub-olmadığını “heç vaxt dəqiq bilmək mümkün deyil” deyə qeyd edib və müstəntiqlərin onun “tənha canavar” adlandırdığı atıcının motivlərini aydınlaşdırmaq istiqamətində işlədiyini bildirib.
Şənbə günü daha əvvəl Amerika lideri İranla sülh danışıqlarında iştirak etmək üçün öz elçilərinin Pakistana səfərini ləğv etmişdi.
İran isə bundan daha əvvəl İslamabadda ABŞ ilə danışıqların olmayacağını bəyan etmişdi və İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ölkəyə yalnız Pakistan tərəfi ilə danışıqlar aparmaq məqsədilə səfər etmişdi.
Sevinc Əliyeva
Ordu.az