Yunanıstanın raketlərinə Fransa dəstəyi göstəriləcək

2026/04/Ekran-1777181921.jpg
Oxunub: 433     09:33     26 Aprel 2026    
Yunanıstan Müdafiə Nazirliyi ilə Fransanın müdafiə şirkəti MBDA arasında Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarında olan MICA IR/RF raketlərinin logistik dəstəyi üçün çərçivə sazişi imzalanıb.

Ordu.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun Yunanıstana səfəri çərçivəsində kritik müdafiə razılaşmaları imzalanıb.

Yunanıstanın müdafiə naziri Nikos Dendias və fransalı həmkarı Ketrin Votren proqramın simvolik dayanacağı olan və yeni təhvil verilmiş “Kimon” freqatının göyərtəsində bir araya gələrək iki ölkə arasındakı müdafiə əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıblar.

“Defense Review GR”nin məlumatına görə, səfərin ən kritik mərhələsi baş nazir Kiriakos Mitsotakis və prezident Makronun iştirakı ilə imzalanan “Müdafiə və Təhlükəsizlik Sahəsində Strateji Tərəfdaşlıq Sazişi”nin yenilənməsi olub. Nazir Dendias və fransalı həmkarı Votren tərəfindən imzalanan bu yenilənmənin iki ölkənin regional təhdidlərə qarşı birgə hərəkət etmək və hərbi əməkdaşlığı dərinləşdirmək iradəsini təsdiqlədiyi bildirilib. Görüşlərdə Yunanıstan Baş Qərargah rəisi general Dimitrios Houpis və Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Dimitrios-Eleftherios Kataras da iştirak edərək texniki səviyyədə əməkdaşlıq mövzularını müzakirə ediblər.

MICA raketləri və logistik dəstək

Zirvədə yalnız strateji xoş niyyət bəyanatları deyil, əməliyyat qabiliyyətini artıracaq konkret əməkdaşlıq razılaşmaları da imzalanıb. Yunanıstan Müdafiə Nazirliyi ilə Fransanın müdafiə şirkəti MBDA arasında Yunanıstan Hərbi Hava Qüvvələrinin inventarında olan MICA IR/RF raketlərinin davam edən logistik dəstəyi üçün çərçivə sazişi imzalanıb. “Defence Review GR”nin məlumatında qeyd olunub ki, bu imza ilə “Mirage 2000-5” və “Rafale” döyüş təyyarələrinin əsas sursatı olan MICA sistemlərinin hər an döyüşə hazır saxlanılması təmin ediləcək.

Bundan əlavə, Yunan Müdafiə İnnovasiya Mərkəzi (ELKAK) ilə Fransanın Silahlanma Baş İdarəsinin (DGA) İnnovasiya Agentliyi arasında niyyət bəyanatı imzalanıb. Bu əməkdaşlıqla müdafiə texnologiyalarında araşdırma və inkişaf fəaliyyətlərinin birgə aparılması, hərbi sistemlərdə innovasiyanın təşviq edilməsi və iki ölkənin texnoloji təcrübəsinin birləşdirilməsi hədəflənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Fransa  


Bizi "telegram"da izləyin