Ordu.az-ın məlumatına görə, o, bunu "X" sosial şəbəkəsində yazıb.
"Vaşinqtonda oteldə baş verən son hadisədən sonra Prezident Trampın, birinci xanımın və vitse-prezidentin sağ-salamat olduqlarını və xəsarət almadıqlarını öyrənəndə rahat oldum. Onların davamlı təhlükəsizliyi və rifahı üçün ən xoş arzularımı çatdırıram", - o qeyd edib.
O, həmçinin vurğulayıb ki, zorakılıq demokratik cəmiyyətdə qəbuledilməzdir və qətiyyətlə pislənməlidir.
Ordu.az