Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür

2026/04/1777178228.jpg
Oxunub: 433     04:18     26 Aprel 2026    
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp ABŞ və İran rəsmiləri arasında danışıqların telefonla davam etdirilə biləcəyini bildirib.

Ordu.az-ın məlumatına görə, o, bunu Florida ştatının Palm-Biç şəhərindən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

"Yəqin eşitmisiniz ki, (ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkov və sahibkar Cared Kuşnerin Pakistana -red) səfəri ləğv etmişik. Bizim üçün kifayət etməyən sənədi əldə etmək üçün uçuşa 15 saat itirməyəcəyik", - Tramp deyib.

Onun sözlərinə görə, bundan sonrakı əlaqələr uzaqdan baş tuta bilər.

"Biz telefonla iş aparacağıq; onlar bizə istənilən vaxt zəng edə bilərlər", - o vurğulayıb.

Amerika lideri həmçinin bildirib ki, ABŞ İrana kimin rəhbərlik etdiyini bilmir, lakin "kim rəhbərlik edirsə, onunla işləməyə hazırdır.

"Onlar mənə istədikləri vaxt zəng edə bilərlər", - Tramp əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin